Ukrayna millisinin üzvü “Trabzonspor”da
22.01.2025 - 22:58

Türkiyə klublarından "Trabzonspor" Ukrayna yığmasının futbolçusu Danilo Sikanı transfer edib.
Apasport.az xəbər verir ki, 23 yaşlı futbolçu ilə 2029-cu ilin yayına kimi müqavilə imzalanıb.
Mərkəz hücumçusuna görə "Trabzonspor" "Şaxtyor"a 5 milyon avro ödəyib. Sikan yeni klubunda 14 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Danilo bu mövsümdə 14 oyunda 4 dəfə rəqib qapılarına yol tapıb.
0
0