7 atletimiz Balkan çempionatında iştirak edəcək
23.05.2024 - 19:10

Azərbaycanın atletika millisi mayın 25-26-da Türkiyənin İzmir şəhərində keçiriləcək 77-ci Balkan çempionatında iştirak edəcək.
Apasport.az xəbər verir ki, yığma yarışda 7 idmançı ilə təmsil olunacaq.
Bunlar Yekaterina Sarıyeva, Rüstəm Məmmədov (hər ikisi üçtəkanla tullanma), Fəridə Rzayeva (100 və 200 metr qaçış), Bəxtiyar Əsgərli (800 və 1500 m qaçış), Nazim Babayev, Kəsgin Abbaszadə (uzunluğa tullanma) və İsmayıl Əliyevdir (nüvə itələmə və lövhə atma).
Turnir Paris-2024 Yay Olimpiya Oyunlarına və İtaliyanın paytaxtı Romada keçiriləcək Avropa çempionatına lisenziya xarakterlidir.
1
0