Həmyerlimiz beynəlxalq turnirdə
22.02.2025 - 14:21

Atletika üzrə texniki nümayəndə Teymur Axundov təyinat alıb.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan Atletika Federasiyası açıqlayıb.
O, Türkiyədə keçirilən idman yerişi üzrə bürünc səviyyəli beynəlxalq yarışda texniki nümayəndə funksiyasını yerinə yetirəcək. Axundovun təyinatı Dünya Atletikası tərəfindən gerçəkləşib.
Qeyd edək ki, turnir Antalya şəhərində təşkil olunacaq.
0
0