Nazim Babayevdən bürünc medal
11.01.2025 - 19:21

İspaniyanın Sabadell şəhərində atletika üzrə Kataloniya turniri keçirilib.
Apasport.az xəbər verir ki, uzunluğa tullanma növündə ölkəmizi təmsil edən Nazim Babayev beynəlxalq yarışı bürünc medalla başa vurub.
O, 7,44 nəticə ilə 3-cü yeri tutub. Bu, ilin ilk mükafatı olub.
Qeyd edək ki, yarışda ilk 2 pillədə isə yerli atletlər qərarlaşıblar.
0
0