Azərbaycan idmançıları reytinq turnirində iştirak edəcəklər
24.06.2024 - 14:16

Azərbaycanın parakamandan oxatma millisi Dünya Reytinq Turnirində mübarizə aparacaq.
Milli Paralimpiya Komitəsindən apasport.az-a verilən məlumata görə, ölkəmizi yarışda Azadə Abdullayeva və Cahan Musayev təmsil edəcəklər.
Turnir Çexiyanın Nove Mesto şəhərində keçiriləcək.
0
0