Qarlı havaya görə təxirə salınmış oyunların vaxtı açıqlanıb
25.02.2025 - 15:42
Qarlı havaya görə təxirə salınmış oyunların vaxtı açıqlanıb

Güclü qar yağışı səbəbindən Əvəzedicilər liqasının 24-cü turundan təxirə salınmış “Zirə-2”  - “Kəpəz-2”, “Şamaxı-2” – "Turan Tovuz-2” oyunlarının təqvimi aşağıdakı kimi müəyyənləşdirilib.

Apasport.az PFL-ə istinadən oyunların vaxtını diqqətinizə çatdırır:

27 fevral (cümə axşamı)

“Zirə-2” – “Kəpəz-2”
ASCO Arena, 13:00

28 fevral (cümə)

“Şamaxı-2” – Turan Tovuz-2” 
Şamaxı şəhər  stadionu, 13:00