Sabiq "Qarabağ"lı Yunanıstan yolunda
25.02.2025 - 16:00

Luka Quqeşaşvili PAOK yolunda
"Qarabağ"ı tərk etdikdən sonra "Panserraikos"a keçən Luka Quqeşaşvili komandasını dəyişməyə yaxındır.
Apasport.az xəbər verir ki, gürcü qolkiper PAOK-un transfer siyahısındadır.
Saloniki təmsilçisi artıq Quqeşaşvilini transfer etmək üçün "Panserraikos"la razılıq əldə edib.
Quqeşaşvili niyə "Qarabağ"dan ayrılıb?
Qeyd edək ki, Luka Quqeşaşvili 2022-ci ildən 2024-cü ilin yayınadək "Qarabağ"ın qapısını qoruyub, amma şans görmədiyi üçün komandadan ayrılıb. 25 yaşlı qapıçı 2026-cı il iyunun 30-na qədər "Panserraikos"a məxsusdur.
0
0