
Avropa çempionatının əsas mərhələsində bu gün üz-üzə gələcək Azərbaycan və Yunanıstanın futzal milliləri indiyədək 5 dəfə qarşılaşıblar.
Apasport.az Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, qarşılaşmaların hamısında yığmamız qalib gəlib.
İlk duel dünya çempionatının Xorvatiyada təşkil olunan qrup oyunları zamanı baş tutub və Azərbaycan 8:3 hesablı qalibiyyətə sevinib.
Sonrakı iki matç AVRO-2022-nin əsas mərhələsinə təsadüf edib. Yunanıstanda 3:0 hesabı ilə qalib gələn milli Bakıda daha məhsuldar olub - 4:0.
DÇ-2024-ün oyunlarında isə daha çox qol vurulub. Afinadakı qarşılaşmada rəqib qapısından 7 cavabsız top keçirən futzalçılarımız Bakıdakı oyunda rəqibini 5:2 hesabı ilə üstələyib.
Qeyd edək ki, bu gün Bakı İdman Sarayında baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək.
- Öz idarəçiliyinə təəssüflən, AFFA! - Sui-istifadə cəzası
- III MDB Oyunlarına hazırlıqla bağlı müvafiq işçi qrupunun növbəti iclası keçirilib
- "Neftçi" azarkeşlərinə müjdə: Onlayn mağaza istifadəyə verilib
- UEFA Hakimlər Komitəsinin üzvü Byorn Kuypers Bakıya gələcək
- "AFFA-nın etdiyi hüquqdan sui-istifadədir" - VƏKİLDƏN AÇIQLAMA