
Misli Premyer Liqasının XIX turunun “Zirə” – “Araz-Naxçıvan” matçından (1:0) sonra qonaqların baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.
“Ağır oyun alındı. Mübarizə getdi. Məğlub olsaq da, çox kədərlənmək fikrimiz yoxdur. Komanda olaraq bu oyunu unudub, qarşıdakı matça hazırlaşacağıq".
- Qara Qarayevi fasilədə əvəzlədiniz. İkinci hissəni ehtiyatda izlədi, yoxsa evə göndərdiniz?
- Bizimlədir, evə niyə getməlidir? Sadəcə düşündük ki, emosialarını daha artıq birüzə verər, ona görə əvəzlədik. Hər iki komandanın oyunçuları mübarizədən çəkinmirdilər. Futbolda bu cür hallar olur.
- Barışıq oldu?
- Normal. Nə olursa, meydanda qalır.