
Misli Premyer Liqasının XXIV turunun "Araz-Naxçıvan" - "Səbail" matçından (0:0) sonra ev sahiblərinin baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.
"Gərgin oyun oldu. Birinci hissədə oyunumuz alınmadı. "Səbail" təzyiq göstərirdi. İkinci hissəfə dəyişikliklərlə təşəbbüsü ələ ala bildik. Zədəli futbolçularımız var. Onlar komandaya qoşulandan sonra hücumda daha rəngarəng olacağıq".
- "Araz-Naxçıvan" Ramon Maçado və Felipe Santosdan asılıdır?
- Belə deməzdim. Miço Kuzmanoviç də zədəli olduğu üçün hücumda çox da rotasiya edə bilmirik. Amma futbolda belə hallara rast gəlmək olur. Daha çox çalışıb nöqsanları aradan qaldırmaq lazımdır.
- Yarımmüdafiəçi Vanderson Melo bu gün mərkəz müdafiəçisi mövqeyində oynadı. Sizcə, komandanın oyunu buna görə meydanın mərkəzində alınmırdı?
- Məcburi dəyişiklik idi. Çünki üçüncü mərkəz müdafiəçimiz Bəxtiyar Həsənalızadə də zədəlidir. Bu dəyişikliyi etməyə məcbur idik. Bu gün oyun quruculuğunda problem yox idi. Sadəcə, son nöqtəni qoymaqda sıxıntılarımız var.