
Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşov gələcək karyerası ilə bağlı yekun qərarını verməyib.
Apasport.az saytına verilən məlumata görə, "Sabah", "Neftçi", "Qarabağ"ın maraqlandığı hücumçu Avropada qalmağa can atır.
Onun meneceri futbolçusu üçün üç ölkədən təklif gətirib.
Belə ki, Almaniyanın II Bundesliqa təmsilçiləri, həmçinin İsveçrədən "Sent-Qallen" və Polşadan "Motor" Dadaşovu heyətinə qata bilər.
Hazırda tərəflər arasında danışıqlar gedir. Dadaşov Avropada qalmaq alınmayacağı təqdirdə, son variant kimi Misli Premyer Liqasına üz tutacaq.
Qeyd edək ki, ötən həftə "Ankaragücü" Dadaşovla 2026-cı il iyunun sonuna qədər olan qüvvəsinə xitam verib.