Emreli oynadı, komandası məğlub oldu
01.03.2025 - 19:22
Emreli oynadı, komandası məğlub oldu

Almaniya II Bundesliqasında XXIV turun oyunları keçirilir.

Apasport.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin şərəfini qoruduğu "Nürnberq" də növbəti matçına çıxıb.

Komanda "Hannover"i qəbul edib.

Həmyerlimiz bu görüşün iştirakçısı olub. O, 78-ci dəqiqədə meydana çıxıb. 

Lakin Emreli komandasını məğlubiyyətdən xilas edə bilməyib - 1:2.

Qeyd edək ki, "Nürnberq" 35 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.