Konte keçmiş futbolçusunu istəyir
09.01.2025 - 15:55

İtaliya A Seriyası təmsilçilərindən “Napoli”nin baş məşqçisi Antonio Konte qışda heyətini gücləndirməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, italiyalı mütəxəssis hazırda “Yuventus”un şərəfini qoruyan Danilonu heyətində görmək istəyir.
33 yaşlı müdafiəçi də bu keçidə müsbət yanaşır.
Oyunçu baş məşqçi Tiaqo Mottanın planlarına daxil deyil və klubla müqaviləsinə xitam verilməsi barədə danışıqlar aparır.
Qeyd edək ki, braziliyalı futbolçunun “qoca sinyora” ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.
- Öz idarəçiliyinə təəssüflən, AFFA! - Sui-istifadə cəzası
- III MDB Oyunlarına hazırlıqla bağlı müvafiq işçi qrupunun növbəti iclası keçirilib
- "Neftçi" azarkeşlərinə müjdə: Onlayn mağaza istifadəyə verilib
- UEFA Hakimlər Komitəsinin üzvü Byorn Kuypers Bakıya gələcək
- "AFFA-nın etdiyi hüquqdan sui-istifadədir" - VƏKİLDƏN AÇIQLAMA
0
0