Mahir komanda yoldaşlarını üstələyib
04.01.2025 - 13:50

Almaniya mətbuatı “Nürnberq” futbolçularının mövsümün ilk yarısı üçün bəzi statistikasını açıqlayıb.
Apasport.az xəbər verir ki, zərbənin gücü və sürəti ilə bağlı məlumatlarda azərbaycanlı hücumçu Mahir Emrelinin də adı qeyd olunub.
Belə ki, millimizin üzvünün matçların birində vurduğu zərbə 118,1 km/saat sürətə çatıb.
Bu, mövsümün ilk yarısında komandanın futbolçuları arasında ən yüksək göstəricidir.
Qeyd edək ki, Emreli ötən ilin avqustunda ikinci Bundesliqa klubuna keçib. Hazırda onun aktivində 4 qol və 1 məhsuldar ötürmə var.
- Öz idarəçiliyinə təəssüflən, AFFA! - Sui-istifadə cəzası
- III MDB Oyunlarına hazırlıqla bağlı müvafiq işçi qrupunun növbəti iclası keçirilib
- "Neftçi" azarkeşlərinə müjdə: Onlayn mağaza istifadəyə verilib
- UEFA Hakimlər Komitəsinin üzvü Byorn Kuypers Bakıya gələcək
- "AFFA-nın etdiyi hüquqdan sui-istifadədir" - VƏKİLDƏN AÇIQLAMA
0
0