
"Mançester Yunayted" yeni mövsüm üçün yarımmüdafiə xəttini gücləndirməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Benfika"da çıxış edən Joao Neveslə yaxından maraqlanır. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
19 yaşlı dayaq yarımmüdafiəçisinin müqaviləsində 120 milyon avroluq sərbəstqalma maddəsi var. "Mançester Yunayted" bu məbləği ödəməyə hazırdır.
Gənc futbolçunu "Mançester Siti"də transfer etmək istəyir.
Qeyd edək ki, Joao Neves "Benfika"nın yetirməsidir. Portuqaliya millisinin üzvü bu mövsüm Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 41 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
- Öz idarəçiliyinə təəssüflən, AFFA! - Sui-istifadə cəzası
- III MDB Oyunlarına hazırlıqla bağlı müvafiq işçi qrupunun növbəti iclası keçirilib
- "Neftçi" azarkeşlərinə müjdə: Onlayn mağaza istifadəyə verilib
- UEFA Hakimlər Komitəsinin üzvü Byorn Kuypers Bakıya gələcək
- "AFFA-nın etdiyi hüquqdan sui-istifadədir" - VƏKİLDƏN AÇIQLAMA