"Mingəçevir" tilsimi qırdı, 3 xal qazandı - YENİLƏNİB
20.02.2025 - 15:57
"Mingəçevir" tilsimi qırdı, 3 xal qazandı - YENİLƏNİB

Bu gün Azərbaycan I Liqasında XV tura yekun vurulub.

Apasport.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

“Baku Sportinq” “Mingəçevir”lə üz-üzə gəlib. Qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0. 

Digər görüşdə isə “Difai” “Qaradağ Lökbatan”ı qəbul edib. Matç "Difai"nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

XV tur

20 fevral

13:30 "Baku Sportinq" – "Mingəçevir" 0:1
14:00 "Difai" – "Qaradağ Lökbatan" 2:1