"Neftçi"də ciddi itki: Bu il oynamayacaq
13.12.2024 - 12:43

Azərbaycan milli komandasının heyətində zədələnən “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudovun ilin qalan hissəsini buraxacağı dəqiqləşib.
Apasport.az xəbər verir ki, paytaxt təmsilçisinin futbolçusu Misli Premyer Liqasında mövsümün ilk yarısının “Kəpəz” və “Turan-Tovuz”a qarşı oyunlarda iştirak etməyəcək.
Emin Mahmudovun gələn ilin əvvəlində düşərgəyə qayıdacağı gözlənilir.
0
0