"Neftçi"də ciddi itkilər - "Sabah"la görüşü buraxacaqlar
17.01.2025 - 12:41

“Neftçi” mövsümün ikinci yarısına ciddi itkilərlə çıxacaq.
Klubdan apasport.az saytına verilən məlumata görə, komandanın iki futbolçusu “Sabah”la görüşü buraxacaq.
“Ağ-qaralar” Misli Premyer Liqasının XIX turunun matçında Rafael Quzzo və Dembo Darbonun xidmətindən yararlana bilməyəcək.
Buna səbəb hər iki legionerin zədəli olmasıdır. Onların hansı müddətə sıradan çıxdığı bəlli deyil.
Qeyd edək ki, “Neftçi” – “Sabah” matçı yanvarın 19-da “Neftçi Arena”da keçiriləcək. Oyuna saat 18:30-da start veriləcək.
- Öz idarəçiliyinə təəssüflən, AFFA! - Sui-istifadə cəzası
- III MDB Oyunlarına hazırlıqla bağlı müvafiq işçi qrupunun növbəti iclası keçirilib
- "Neftçi" azarkeşlərinə müjdə: Onlayn mağaza istifadəyə verilib
- UEFA Hakimlər Komitəsinin üzvü Byorn Kuypers Bakıya gələcək
- "AFFA-nın etdiyi hüquqdan sui-istifadədir" - VƏKİLDƏN AÇIQLAMA
0
0