"Qarabağ" uduzdu, Azərbaycanın reytinqdəki mövqeyi dəyişmədi
24.01.2025 - 09:54

UEFA reytinqində Azərbaycanın mövqeyində dəyişiklik olmayıb.
Apasport.az xəbər verir ki, Avropa Liqasının Liqa mərhələsinin VII turunda ötən gün Bakıda Rumıniyanın FKSB klubuna uduzan (2:3) "Qarabağ" ölkənin əmsalına fayda verə bilməyib.
Azərbaycan (19.625) 28-ci yerdə qərarlaşıb. Eyni əmsala malik Bolqarıstan isə 27-ci pillədədir.
Qeyd edək ki, 55 ölkənin yer aldığı siyahıya İngiltərə (102.839) başçılıq edir.
0
0