"Sabah" evdə 30-cu dəfə məğlub oldu
01.04.2024 - 11:03

“Sabah” Azərbaycan çempionatlarında 30-cu ev məğlubiyyətini alıb. Bu, Misli Premyer Liqasının XXVIII turunda gerçəkləşib.
Bakı klubu öz meydanında “Zirə”yə 0:1 hesabı ilə uduzub. “Sabah” öz meydanında keçirdiyi 84-cü matçda 30-cu dəfə xalsız qalıb. Digər görüşlərdə 34 qələbəsi olan paytaxt klubu 20 heç-heçə edib.
“Sabah” ilk ev məğlubiyyətini 2018/19 mövsümündə alıb. 2018-ci il avqustun 19-da bakılılar “Sumqayıt”a 1:4 hesabı ilə uduzub.
0
0