Amir İsmailov ölkə rekordunu yenilədi
24.01.2024 - 16:15

Azərbaycan atleti Amir İsmailov U-18 oğlanlar arasında ölkə rekorduna imza atıb.
Apasport.az xəbər verir ki, o, buna 2007-2008-ci il təvəllüdlü idmançılar arasında Bakı şəhər qış birinciliyində nail olub.
Amir İsmailov 60 metr məsafəyə sədlərlə qaçışda 8.47 saniyə nəticə göstərərək, Azərbaycan rekordunu yeniləyib.
0
0