Avropa çempionatında ölkəmizi 4 atlet təmsil edəcək
31.05.2024 - 16:56

Azərbaycanı İtaliyanın paytaxtı Romada keçiriləcək Avropa çempionatında 4 atlet təmsil edəcək.
Apasport.az xəbər verir ki, çəkicatma növündə Anna Skidan, uzunluğa tullanmada Nazim Babayev, üçtəkanla tullanmada Yekaterina Sarıyeva və Aleksis Kopello mübarizə aparacaq.
Qeyd edək ki, sayca 26-cı Avropa çempionatı iyunun 7-də start götürəcək.
0
0