
Bu gün UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunları start götürüb.
Apasport.az xəbər verir ki, "Qarabağ" Almaniyada "Bayer"in qonağı olub.
"Bay Arena"da keçirilən matç Bakı vaxtı ilə saat 00:00-da başlayıb. Görüşü ingiltərəli FIFA referisi Entoni Teylor idarə edib.
UEFA Avropa Liqası
1/8 final mərhələsi, cavab oyunu
14 mart
00:00. "Bayer 04" (Almaniya) - "Qarabağ" (Azərbaycan) 3:2
Qollar: Ceremi Frimponq, 72, Patrik Şik, 90+3, 90+7 - Abdullah Zubir, 59, Olavio Juninyo, 68
Qırmızı vərəqə: Elvin Cəfərquliyev, 63
Hakimlər: Entoni Teylor, Qari Besuik, Adam Nann Endryu Medli (İngiltərə)
"Bay Arena".
İlk oyun - 2:2.