Azərbaycan Dünya kubokunda 4 gimnastla təmsil olunacaq
11.03.2024 - 12:31

13-14 mart tarixlərində Niderlandın Alkmaar şəhərində batut gimnastikası üzrə Dünya kuboku keçiriləcək.
Apasport.az xəbər verir ki, yarışda ölkəmizi milli komandanın 4 üzvü təmsil edəcək.
Məşqçilər korpusu Dünya kubokunda Selcan Mahsudova, Hüseyn Abbasov, Mehdi Əliyev və Nicat Mirzəyevə şans verəcəklər.
0
0