Azərbaycan klubunun üzvü 5 oyunluq diskvalifikasiya olunub
23.01.2025 - 14:27

Azərbaycanın "Star Kargo" klubunun futzalçısı Qərib İbrahimov 5 oyunluq diskvalifikasiya olunub.
Apasport.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul edilib.
Q.İbrahimovun cəzalanmasına Azərbaycan Kubokunun 1/4 finalında “Neftçi” İK klubuna qarşı matçın 17-ci dəqiqəsində təhqiredici, qeyri-etik ifadələr işlətmək və ya jestlərdən istifadəyə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimə fiziki təzyiq göstərməsi səbəb olub.
0
0