Azərbaycan Kuboku: 1/4 final mərhələsinin cavab oyunlarının təqvimi bəlli oldu
18.01.2024 - 17:21

Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarının təqvimi müəyyənləşib.
Apasport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, 2 günü əhatə edəcək mərhələnin görüşləri fevralın 8-9-da baş tutacaq.
Azərbaycan Kuboku
1/4 final, cavab oyunları
8 fevral (cümə axşamı)
17:00. “Zirə” – “Səbail”
Zirə İdman Kompleksinin stadionu
20:00. “Qarabağ” – “Sabah”
Tofiq Bəhramov adına Respublika stadionu
9 fevral (cümə)
16:00. “Qəbələ” – “Araz-Naxçıvan”
Qəbələ şəhər stadionu
19:00. “Neftçi” – “Sumqayıt”
“Neftçi Arena”
0
0