Barış Şimşək Hakimlər Komitəsinin sədri vəzifəsindən göndərildi
04.06.2024 - 13:51

AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşəklə yollarını ayırıb.
Bu barədə apasport.az-a qurumun mətbuat katibi Elnur Məmmədli məlumat verib.
Milli assosiasiya rəsmisinin sözlərinə görə, Komitə sədri ilə AFFA arasındakı sözləşməyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Barış Şimşək 2022-ci ildən bu vəzifədə çalışırdı.
0
0