Binə qəsəbə stadionunda süni ot örtüyü dəyişdirilir
21.10.2024 - 16:55

Binə qəsəbə stadionunda süni ot örtüyünün dəyişdirilməsi işləri davam etdirilir.
Apasport.az xəbər verir ki, yeni quraşdırılan süni ot örtüyü FIFA-nın ən son müasir standartlarına cavab verəcək.
Yeni ot örtüyü FIFA Quality Pro sertifikatına malik olacaq.
Binə qəsəbə stadionu hazırda I Liqa, II Liqa, Əvəzedicilər liqası, həmçinin aşağı yaş qrupu komandaları tərəfindən istifadə olunur.
0
0