Coşqun Diniyevin komandasından qələbə
30.11.2024 - 21:50

Türkiyə 1-ci Liqasında XIV turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, Coşqun Diniyevin şərəfini qoruduğu "Bandırmaspor" da növbəti matçına çıxıb.
Komanda "Yeni Malatyaspor"la qarşılaşıb. Görüş Balıkesir təmsilçisinin 2:0 hesablı qələbəsi ilə nəticələnib.
Start heyətində yer alan Coşqun fasilədə əvəzlənib.
Qeyd edək ki, "Bandırmaspor" 28 xalla 2-ci pillədə qərarlaşıb.
0
0