Şou meydana qayıdır
22.11.2023 - 18:24

“Mançester Yunayted”in futbolçusu Lük Şou zədədən sonra məşqlərə başlayıb.
Apasport.az xəbər verir ki, ingiltərəli müdafiəçi 3 aylıq fasilədən sonra komandaya qoşulub.
Şou sonuncu dəfə avqustda meydana çıxıb. O, cari mövsümdə cəmi 2 oyunda iştirak edib.
Qeyd edək ki, Lük “Everton”la həftəsonu keçiriləcək matçda iştirak edə bilər. Bu qarşılaşma noyabrın 26-da keçiriləcək.
0
0