Fernandu Santuşun mətbuat konfransı keçiriləcək
29.08.2024 - 11:55

AFFA-nın inzibati binasında Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçiriləcək.
Milli assosiasiyanın mətbuat xidmətindən apasport.az-a verilən məlumata görə, tədbir avqustun 30-da, saat 11:00-da başlayacaq.
Mətbuat konfransında yığmanın UEFA Millətlər Liqasında sentyabrın 5-də Bakıda İsveç və 8-də Koşitsedə Slovakiya yığmaları ilə oyunlar üçün heyəti açıqlanacaq.
0
0