“Formula-2”: 2 bolid yararsız hala düşdü
12.06.2022 - 11:44

“Formula-2” üzrə Azərbaycan Qran-prisində ikinci qəza yaşanıb.
Apasport.az saytının məlumatına görə, hadisə 12-ci döngədə baş verib.
Roy Nissani (“Dams”) və Cem Bölükbaşının (“Çaruz”) idarə etdiyi bolidlər əvvəlcə bir-birlərinə dəyiblər, sonra baryerə çırpılıblar. Nəticədə hər iki bolid yararsız hala düşüb.
Qeyd edək ki, bundan əvvəl Olli Kalduell (“Kampos”) və Amauri Kordell (“Van Amersfoort”) toqquşaraq treki tərk edib.
0
0