"Kəpəz" kapitanı ilə müqavilə uzatdı
15.07.2024 - 11:32

"Kəpəz" klubu kapitanı Vurğun Hüseynov ilə müqavilə müddətini uzadıb.
Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, təcrübəli müdafiəçi ilə 1 illik anlaşma əldə olunub.
Qeyd edək ki, 36 yaşlı futbolçu ötən mövsümdən Gəncə təmsilçisinin formasını geyinir.
0
0