"Qalatasaray" "Fənərbaxça" ilə oyuna 3 itki ilə çıxacaq
24.02.2025 - 11:12
"Qalatasaray" "Fənərbaxça" ilə oyuna 3 itki ilə çıxacaq

Türkiyə Super Liqasının XXV turu çərçivəsində "Qalatasaray" doğma meydanda əzəli rəqibi "Fənərbaxça"nı qəbul edəcək. 

Apasport.az xəbər verir ki, "sarı-qırmızılılar" İstanbul derbisinə 3 itki ilə çıxacaq. 

Mauro İkardi "Qalatasaray" - "Fənərbaxça" matçında oynayacaqmı?

Belə ki, hazırda zədəli olan Alvaro Morata, İsmayıl Yakobs və Mauro İkardi "cimbom"a kömək edə bilməyəcək. 

Zədəsini sağaldan Yunus Akgünün heyətə qoşulacağı gözlənilir.

"Qalatasaray" - "Fənərbaxça" derbisi saat neçədədir?

Qeyd edək ki, "Qalatasaray" - "Fənərbaxça" derbisi bu gün Bakı vaxtilə saat 21:00-da start götürəcək. 

"Qalatasaray" - "Fənərbaxça" derbisi hansı kanalda yayımlanacaq?

İstanbul derbisi "beİN Sports 1" kanalında canlı yayımlanacaq.