“Lion” Avrozonaya yaxınlaşdı
20.05.2023 - 01:08

Fransa çempionatının 36-cı turu “Monako” üçün uğursuz olub.
Apasport.az saytı xəbər verir ki, knyazlıq klubu səfərdə “Lion”a uduzub.
Hesabı 2-ci dəqiqədə qonaqlar açıblar. Amma lionlular bundan sonra rəqibdən daha yaxşı oynayaraq 3 qol vuraraq, vacib qələbə qazanıblar.
Qeyd edək ki, qələbə “Lion”u Avropa kuboklarına vəsiqə verən 5-ci yerə yaxınlaşırıb. “Monako” isə Çempionlar Liqası şanslarını itirib.
36-cı tur
"Lion" - "Monako" - 3:1
0
0