Millimiz FİFA reytinqində irəlilədi
15.02.2024 - 13:54

FİFA milli komandaların reytinq siyahısını yeniləyib.
Apasport.az xəbər verir ki, Azərbaycan yığması 1174.22 xalla bir pilləyə irəliləyərək 113-cü yerdə qərarlaşıb.
Komandanın UEFA Millətlər Liqasındakı rəqiblərindən İsveç (1531,13) 26-cı, Slovakiya (1465,73) 48-ci, Estoniya (1148,76) 123-cüdür.
Siyahıya son dünya çempionu Argentina 1855.2 xalla başçılıq edir. Fransa (1845,44) ikinci, İngiltərə (1800,05) üçüncüdür.
0
0