Millimizdən məğlubiyyət
25.08.2023 - 12:42

15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
Estoniyanın paytaxtı Tallində təşkil olunan UEFA İnkişaf turnirində iştirak edən yığmamız meydan sahibləri ilə görüşüb. Estoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz 1:2 hesabı ilə məğlub olub.
Qeyd edək ki, komandamız turnirdə növbəti oyununu avqustun 27-də moldovalı yaşıdlarına qarşı keçirəcək.
0
0