Millimizin Avropa çempionatındakı oyunlarının vaxtı bilindi
28.05.2024 - 13:10

Minifutbol üzrə Azərbaycan millisinin Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək Avropa çempionatındakı oyunlarının təqvimi müəyyənləşib.
Apasport.az xəbər verir ki, Elşad Quliyevin yetirmələri ilk görüşünü iyunun 2-də keçiriləcək.
Həmin gün Belçika ilə görüş saat 13:00-da başlayacaq. Yığmamız ertəsi gün saat 19:00-da İtaliya ilə üz-üzə gələcək.
Qrupdakı son qarşılaşma isə Fransaya qarşı olacaq. İyunun 4-də reallaşacaq matç saat 19:00-da start götürəcək.
0
0