Millimizin oyunlarının təqvimi açıqlanıb
14.11.2024 - 17:52

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının 2025-ci il mövsümündə keçirəcəyi oyunların təqvimi açıqlanıb.
Apasport.az xəbər verir ki, C liqasının IV qrupunda yer alan millimiz 2025-ci ilin fevral, aprel və may aylarında Litva və Monteneqro komandaları ilə ümumilikdə 4 görüş keçirəcək.
Yığmanın matçlarının təqvimini diqqətinizə çatdırırıq:
21 fevral
Azərbaycan - Monteneqro
4 aprel
Litva - Azərbaycan
8 aprel
Monteneqro - Azərbaycan
30 may
Azərbaycan - Litva
0
0