
Misli Premyer Liqasının XXXVI turun oyun cədvəli açıqlanıb.
Apasport.az saytının məlumatına görə, son turun matçları iki günü əhatə edəcək.
2022/23 mövsümünün mükafatlandırma mərasiminin də vaxtı bəlli olub. Ölkə çempionu “Qarabağ”, müvafiq olaraq 2-ci və 3-cü yerlərin sahibi “Sabah”la “Neftçi” medallarını son turun oyunundan sonra “Azersun Arena”da təşkil olunacaq mərasimində alacaqlar.
Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
Misli Premyer Liqası
XXXVI tur
27 may (şənbə)
17:30. “Sumqayıt” – “Zirə”
“Kapital Bank Arena”
17:30. “Qəbələ” – “Kəpəz”
Qəbələ şəhər stadionu
20:00. “Səbail” – “Şamaxı”
“ASCO Arena”
28 may (bazar)
17:00. “Neftçi” – “Sabah”
“Bakcell Arena”
19:30. “Qarabağ” – “Turan Tovuz”
“Azersun Arena”
- "Malmö"nü Tofiq Bəhramovda 70 azarkeş dəstəkləyəcək
- Elçin Məmmədov "Fənərbaxça" - "Mançester Yunayted" matçına təyinat alıb
- Niderland yığmasının daha bir futbolçusu AVRO-2024-ü buraxacaq
- Avropa çempionatının ikinci günü 4 cüdoçumuz tatamiyə çıxacaq
- İsveç azarkeşləri öldürüldü, oyun təxirə salındı - şok