"Neftçi" 200-cü dəfə məğlub oldu
04.03.2024 - 11:19

“Neftçi” Azərbaycan çempionatlarında 200-cü dəfə məğlub olub.
Apasport.az xəbər verir ki, bu, Misli Premyer Liqasının XXV turuna təsadüf edib.
Bakı klubu “Qarabağ”la görüşdə 1:4 hesabı ilə uduzub.
“Ağ-qaralar”ın xal qazanmadığı 200-cü matç ölkə çempionatlarındakı 914-cü qarşılaşmaya təsadüf edib.
“Neftçi”nin ən çox uduzduğu komanda “Qarabağ”dır. Ağdam təmsilçisi Azərbaycan derbilərində 40-cı dəfə “ağ-qaralar”ı xalsız qoyub.
0
0