“Neftçi”də yeni müqavilə
28.08.2023 - 17:31

“Neftçi” daha bir futbolçusu ilə müqaviləni uzadıb.
Apasport.az saytının məlumatına görə. bunu Bakı klubunun mətbuat xidməti açıqlayıb.
Paytaxt təmsilçisi İsmayıl Zülfüqarlı ilə müqavilənin müddətini uzadıb. 22 yaşlı yarımmüdafiəçi ilə 2023/24-cü illər mövsümünün sonunda bitməli olan anlaşma daha 1 illiyə artırılıb.
Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan Zülfüqarlı əsas komandada keçirdiyi 5 mövsüm ərzində 63 oyunda meydana çıxıb, 4 qola imza atıb.
0
0