Elvin Cəfərquliyev: "Bunun zarafat olduğunu düşünərdim..."
17.12.2023 - 16:40

"Qarabağ"ın müdafiəçisi Elvin Cəfərquliyev sosial şəkəbədə paylaşım edib.
Apasport.az xəbər verir ki, millimizin üzvü Ağdam klubunun Avropa Liqasında pley-off mərhələsinə vəsiqə qazanması barədə instaqram hesabında bunları yazıb:
"Uşaqlıq illərimdə mənə desəydilər ki, "Qarabağ"la qrup mərhələsini adlayacaqsan, bunun zarafat olduğunu düşünərdim.
Bütün “Qarabağ”sevərləri, “Qarabağ” ailəsini təbrik edirəm! Komandamla qürur duyuram! Allaha sonsuz şükürlər olsun! Yeni tarix!".
0
0