“Neftçi”nin legioneri 6 ay oynaya bilməyəcək
17.07.2022 - 15:16

“Neftçi”nin yarımmüdafiəçisi Sezar Meza Kolli əməliyyat olunub.
Apasport.az klubun saytına istinadən xəbər verir ki, futbolçunun vətəni Paraqvayda baş tutan xaçabənzər diz bağının əməliyyatı uğurlu keçib.
Həkimlərin rəyinə görə, o, 5-6 ay müddətinə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, “Neftçi”nin Türkiyə toplanışı zamanı Sezar Meza Kollinin dizində ağrılar yaranmışdı və Maqnit Rezonans Tomoqrafiya müayinəsindən sonra əməliyyata ehtiyac olduğu müəyyənləşmişdi.
0
0