“Qarabağ” üçün 27 min 943 avro
12.07.2023 - 14:56

“Qarabağ”ın büdcəsinə UEFA-dan növbəti vəsait daxil olub.
Apasport.az saytının məlumatına görə, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
Qitə futbol qurumu Ağdam klubuna 27 min 943 avro ödəyib. Bu vəsait Konfrans Liqasının pley-off mərhələsində iştirak üçün verilib. UEFA tərəfindən ayrılmış maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.
Qeyd edək ki, “Qarabağ” pley-offa Belçika “Gent”inə penaltilər seriyasında (1:0, 0:1, pen.3:5) uduzub.
0
0