“Qarabağ”ın “Gent”lə oyunlarının vaxtı dəqiqləşdi
09.11.2022 - 10:33

Azərbaycan çempionu "Qarabağ"ın Konfrans Liqasındakı növbəti oyunlarının vaxtı dəqiqləşib.
Apasport.az saytının məlumatına görə, Belçika “Gent”i ilə pley-offdakı hər iki qarşılaşmanın başlama saatı bəlli olub.
Gələn il fevralın 16-da Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq ilk oyun 21:45-də başlayacaq. Bir həftə sonra səfərdə keçiriləcək qarşılaşma isə Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Qeyd edək ki, mövsümə Çempionlar Liqasında başlayan "Qarabağ" pley-offda uduzaraq Avropa Liqasına, orada qrup üçüncüsü olaraq Konfrans Liqasına düşüb.
0
0