Qurban Qurbanovun şərəfinə təqvim buraxılıb - MARAQLI FAKT
01.02.2023 - 16:32

“Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanovun şərəfinə Rusiyada 22 il əvvəl dərc olunan təqvim ortaya çıxıb.
Rusiyada yaşayan azərbaycanlılar həmin təqvimin fotosunu Lent.az-a təqdim ediblər.
Sözügedən təqvim 2001-ci ildə Qurban Qurbanov Voronejin “Fakel" klubunda oynadığı zaman buraxılıb. Təqvimdə Qurbanovun şəkil də dərc olunub.
Qeyd edək ki, Qurban Qurbanov Rusiyanın “Fakel Voronej” futbol klubunda iki il oynayıb.
0
0