Slovakiya – Azərbaycan oyununun hakimləri bəlli oldu
19.09.2022 - 12:08

Slovakiya – Azərbaycan oyununun hakimləri açıqlanıb.
Apasport.az saytının məlumatına görə, qarşılaşmanı şotlandiyalı hakimlər idarə edəcək.
Millətlər Liqasının V turunun qarşılaşmasına baş hakim kimi Vilyam Kallum təyinat alıb. Ona həmyerliləri Frensis Konnor və Donald Robertson kömək edəcək. Görüşün dördüncü hakimi Donald Robertson olacaq.
Qeyd edək ki, sentyabrın 22-dəki görüş Trnavada baş tutacaq.
0
0