Yaroşik: “Məğlub olmadığımıza görə çox sevinirik”
15.07.2023 - 21:31

“Baxımlı oyun alındı. Həm bizim, həm rəqibin qol imkanları oldu”.
Apasport.az saytı xəbər verir ki, bunu “Orenburq”un baş məşqçisi İrji Yaroşik deyib.
“Qəbələ” ilə yoxlama matçında heç-heçə oynayan rəqibin çexiyalı çalışdırıcısı komandamız haqqında müsbət fikirlər bildirib: Yaroşik “Biz çox yaxşı komanda ilə qarşılaşdıq. Məğlub olmadığımıza görə çox sevinirik”.
Qeyd edək ki, yoldaşlıq matçında “Qəbələ” hesabı açsa da, “Orenburq” məğlubiyyətdən qaça bilib.
0
0