Yığma komandamız Estoniyaya yollanıb
09.10.2024 - 15:21

UEFA Millətlər Liqası çərçivəsində Estoniya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandası oyunun keçiriləcəyi Tallin şəhərinə yola düşüb.
Apasport.az xəbər verir ki, millimizi səfərə aparan təyyarə saat 15:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanını tərk edib.
Komandamız oktyabrın 10-da Bakı vaxtı ilə saat 18:00-da matçın baş tutacağı "Lilleküla" stadionunda son məşqinə çıxacaq.
Qeyd edək ki, oktyabrın 11-də keçiriləcək Estoniya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
0
0